Home Hadisə Sumqayıtda oğlan şadlıq sarayında faciəli şəkildə öldü

Sumqayıtda oğlan şadlıq sarayında faciəli şəkildə öldü

1088
0

Sumqayıtda şadlıq sarayında 18 yaşlı oğlan ölüb.

Sosialxəbər.az APA-a istinadən məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.

Belə ki, şadlıq sarayının yuxarı mərtəbəsinin mətbəx yerləşən hissəsinə yükqaldırıcı vasitə quraşdırılıb.

Həmin vasitə ilə yuxarıya ərzaq qaldırılan zaman orada çalışan 2003-cü il təvəllüdlü Adəm Əzimzadə hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan 18 yaşlı oğlan təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılan zaman yolda keçinib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Previous articleBakıda dörd məktəbdə əyani dərslər bərpa olundu
Next articleMahir Quliyev süni tənəffüs aparatından ayrıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here