Home İqtisadiyyat Nazir büdcə xərclərinin vacib istiqamətlərini açıqladı

Nazir büdcə xərclərinin vacib istiqamətlərini açıqladı

850
0

Tarixi qələbəmizin təminatçısı olan Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, bərpa edilmiş dövlət sərhədinin etibarlı qorunması üzrə tədbirlərin maliyyələşdirilməsi növbəti ilin büdcəsinin prioritet xərclərinin vacib istiqamətləri kimi qalacaq.

Sosialxəbər.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Bu məqədlə gələn ilin dövlət büdcəsi xərclərinin 15 faizi, 4 milyard 490 milyon manat həcmində vəsait nəzərdə tutulub”, – deyə nazir vurğulayıb.

Previous articlePrezident Bob Bləkməni qəbul etdi
Next articlePaytaxtda güclü külək nəticəsində xəsarət alanların sayı AÇIQLANDI

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here