Home Sağlamlıq Mahir Quliyev süni tənəffüs aparatından ayrıldı

Mahir Quliyev süni tənəffüs aparatından ayrıldı

461
0

Koronavirusa yoluxan Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev süni tənəffüs aparatından ayrılıb.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a onun vəkili Leyla Məmmədova məlumat verib.

Vəkil bildirib ki, hazırda Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan Mahir Quliyevin vəziyyəti nisbətən düzəlib.

“Amma buna baxmayaraq, bəzən ağırlaşmalar olur. Hərəkət edə bilmir. Hazırda M.Quliyevin xəstəxanada müalicəsi davam etdirilir”, -deyə vəkil əlavə edib.

Qeyd edək ki, Mahir Quliyev 2006-2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin, 2011-2020-ci illərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Previous articleSumqayıtda oğlan şadlıq sarayında faciəli şəkildə öldü
Next articleBu, erməniləri incitsə də, xilas etdi – Fransız ekspert

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here