Home QHT “İstedadlı Əlillər” İctimai Birliyi və “Azərbaycan Beynəlxalq Jurnalı” “Biz Birlikdə Güclüyük”adlı...

“İstedadlı Əlillər” İctimai Birliyi və “Azərbaycan Beynəlxalq Jurnalı” “Biz Birlikdə Güclüyük”adlı tədbir təşkil etdilər

288
0

Sosialxəbər.az xəbər verir ki, “İstedadlı Əlillər” İctimai Birliyinin və “Azərbaycan Beynəlxalq Jurnalının” təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş”Biz Birlikdə Güclüyük”adlı tədbir kecirildi.

Tədbirdə şəhid ailələri,qazilər və QHT rəhbərləri iştirak etdilər.

Azərbaycan Beynəlxalq Jurnalının təsisçisi Emin Nəsirli, tədbirin mahiyyəti haqqında qısa məlumat verdi.

İ.Ə.İ.B-Sədri, Qubad Qasımov tədbirə gələn qonaqları salamlayaraq, 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən,Azərbaycan Respublikasına Zəfər Sevincini qazandıran Şəhidlərimizin ailələrinə təşəkür edərək, Qazilərimizə minnətdarlıq bildirdi.

Qubad Qasımov qeyd etdi ki,bu gün qalib ölkənin vətəndaşı kimi,başı dik,alnı açıq gəzməyimizdə Azərbaycan ordusuna,
Şəhidlərimizə və Qazilərimizə borcluyuq.

Əlil Təşkilatlar İttifaqının Prezidenti Davud Rəhimli çıxış edərək, Dövlətimizin daim qayğısında olan Şəhid ailələrinə ,qazilərimizə borcluyuq, biz də, Ə.T.İ olaraq, hər zaman dövlətimizin yanındayıq deyə vurğuladı.

Sonra tədbirdə Şəhid ailələri və övladları çıxış etdilər.

Şəhidlərimizin ruhuna dualar oxundu və ehsan süfrəsi açıldı.

Şəhid ailələlərinə və Qazilərə “İstedadlı Əlillər”İ.B-nin üzvləri vətənpərvərlik mövzusunda olan musiqləri təqdim etdi.

Qubad Qasımov qeyd etdi ki,azda olsa Şəhid ailələrinə maddi və mənəvi dəstək olmaq borcumuzdur və hər birimiz kimliyindən,vəzifəsindən asılı olmayaraq, vətənpərvərlik borcumuzu yerinə yetirməliyik və Şəhidlərimizin əmanətləri olan, ailələrinə diqqət ayırıb,daim yanlarında olmalıyıq.

Tədbirdə bir çox tanınmış QHT rəhbərləri çıxış edərkən bu zəfəri şəhidlərə və qazilərə borcluyuq deyə vurğuladılar. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq deyə vurğuladılar.

“İstedadlı Əlillər”İctimai birliyinin üzviləri:
Aysel Əlizadə,
Səid Əsədov,
Fidan Quliyeva,
Bəhlül Tufan.
Sara Hüseynova,
öz ifalarında Qarabağa və Şəhidlərimizə həsr etdikləri
Vətənpərvərliyə aid musiqilərini təqdim etdilər.
Sonda,tədbir iştirakçıları,şəhid anaları,qazilərimizlə,xatirə şəkilləri çəkildi.
Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.Şəhid anaları qarşısında baş əyirik.Onlara ,allahdan səbir diləyirik…
Qazilərimizə isə,allahdan can sağlığı arzu edirik.
,,Şəhidlər ölməz,vətən bölünməz”.
Qarabağ Azərbaycandır! Şüarı ilə tədbirə yekun vuruldu.

Previous articleMilli Bankın sədri Elman Rüstəmovun xalası oğlu, adı korrupsiyada, rüşvətdə halanan Talıb Quliyevin əlilliyi olan insanlara qarşı qərəzli mövqeyi
Next articleNikol görüşdən qaçır, Arşakı isə Qarabağa göndərir…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here