Türkiyə Prezidenti güclü və yaxşı əlaqələr qurmağı bacaran liderdir.
Sosialxəbər.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanın Xalqlar Məclisinin üzvü Bəkir İzzətbeqoviç deyib.
O bildirib ki, Bosniya Ərdoğanın geniş spektra malik siyasətindən faydalanmalıdır:
“İnsanların Balkan regionundan miqrasiyasına səbəb olacaq problemlər yaratmaq yerinə Türkiyənin dəstəklədiyi Sarayevo-Belqrad magistralı layihəsinə köklənmək lazımdır. Türkiyənin yardımı ilə mühüm işlər görülə bilər”.