Home Dünya Putin Bakının xeyrinə seçim etdi – Fransız alimin şərhi

Putin Bakının xeyrinə seçim etdi – Fransız alimin şərhi

241
0

Sosialxəbər.az bildirir ki, Məşhur fransız tədqiqatçısı, tarixçi, Avrasiya Araşdırmalar Mərkəzinin əməkdaşı Maksim Qauinin Axar.az-a müsahibəsi:

– Vladimir Putin bəyan edib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesində vasitəçi rolunu oynayacaq. Putinin sözlərinə görə, o, 1920-ci illərin xəritələrindən istifadə etməyi planlaşdırır. Sizcə, o, nə üçün məhz bu dövrün xəritələrini əsas götürməyə qərar verdi?

– Dəqiq cavab verə bilmərəm, amma ictimaiyyətə açıqlanan faktlara baxsaq, pazlları özümüz birləşdirə bilərik. Hələ 2021-ci ilin martında İrəvan bu xəritələrin istifadəsinin qəti əleyhinə idi, bu yaxınlarda isə Putin belə bir bəyanatla çıxış etdi. Beləliklə, əminliklə bu nəticəyə gəlmək olar ki, cənab Putin Azərbaycanın xeyrinə seçim edib.

– Sizcə, Putinin bu seçiminin səbəbi nədir?

– Bunun bir neçə səbəbi var: 1) Türkiyə ilə tərəfdaşlığın vacibliyi. Türkiyə ilə ABŞ və Avropanın arasındakı gərginliyin artması Rusiyanı Türkiyə üçün daha cəlbedici edir; 2) Cənab Putin ölkə daxilində reytinqinin azalması səbəbindən öz ölkəsinin müsəlmanlarını (Volqa bölgəsinin tatarlarını, Moskva və Sankt-Peterburq azərbaycanlılarını və s.) razı salır; 3) Rusiya və Ermənistanın Gürcüstan vasitəsilə deyil, birbaşa Azərbaycan ərazisindən əlaqə qurması daha sərfəli olardı. Rusiya bunu aydın başa düşür.

– Putin məhz hansı xəritəni nəzərdə tutur?

– Hesab edirəm ki, o, sərhədlərin Azərbaycanın səylərinə uyğun müəyyənləşməsini və Laçın dəhlizin məsələsini qeyri-müəyyən müddətə təxirə salmasını istəyir. Buna nail olacaqmı? Məlum deyil. Amma xəritəni məhz bu prinsiplə seçəcək.

– Delimitasiya və demarkasiya prosesi Rusiyanın vasitəçiliyi ilə həyata keçirilərsə, beynəlxalq birliyin dəstəyi nə dərəcədə vacib olacaq?

– Aydındır ki, ABŞ və Fransa narazı olacaq, onlar sülh prosesinin bir hissəsi olmaq cəhdlərinin tamamilə uğursuz olduğunu bilirlər. İndi onlar regionda öz varlıqlarını bərpa etməyə çalışırlar və azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycana kömək edirlər. Bir sözlə, düşünmürəm ki, buna etiraz edəcəklər. Çox güman ki, sözügedən sazişi alqışlayacaqlar.

İtaliya, Almaniya və Böyük Britaniyanın isə bu regionda əsasən biznes maraqları var. Onların bu prosesə dəstək verməyəcəklərini güman etməyə heç bir əsas yoxdur.

Previous articleTürkiyə XİN rəsmisi Azərbaycanı Zəfər Günü münasibəti ilə təbrik edib
Next articleŞəhidlərimizi tanıyaq və tanıdaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here