Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq

Şəhidlərimizi tanıyaq və tanıtdıraq

491
0

Süleymanov Tamerlan Xankişi oğlu 1 mart 1992- ci ildə Lerik rayonunun Tikəband kəndində müəllim ailəsində anadan olmuşdur.1999 – cu ildə şəhid Namiq Hacıyev adına Tikəband kənd orta məktəbində birinci sinfə qədəm qoyub.Tamerlan 9 yaşında ikən anasını, 15 yaşında ikən atasını itirib.Ondan sonra böyük qardaşının himayəsində böyüyüb. 2009 – cu ildə orta məktəbi bitirib. 2010 – cu ildə hərbi xidmətə gedib. Zığ qəsəbəsində N hərbi dairəsində Sivyaz bataqlığında xidmət etmişdir. Hərbi xidməti başa vuran Tamerlan bir müddət sürücü işləmişdir. 2015 – ci ildə ailə həyatı qurmuşdu. Şəhidimizin övladı yoxdur. 2016 – cı ildə Beyləqan N-hərbi hissədə həmlə taborunda Maxe kimi çalışıb. Numunəvi xidmətinə görə kiçik gizir rütbəsinə yüksəlmişdir. 2020 – ci il sentyabrın 27- də Fizuli istiqamətində döyüşlərdə iştirak etmişdir. Oktyabrın 29 da şəhid olmuşdur. Ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Tamerlan Süleymanov Binə qəsəbəsində Şəhidlər xiyabanında dəfn olmuşdur.

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyinin Binə qəsəbə nümayəndəsi Günel Məmmədova

Previous articleŞəhidlərimizi tanıyaq və tanıdaq
Next articleŞuşanın işğaldan azad edilməsindən 1 il ötür

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here