Home QHT “MƏRHƏMƏT” Kimsəsizlərə Yardım İctimai Birliyi “Sağlamlıq Imkanları Məhdud Uşaqların,Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi...

“MƏRHƏMƏT” Kimsəsizlərə Yardım İctimai Birliyi “Sağlamlıq Imkanları Məhdud Uşaqların,Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi Uğurlu Nəticə Verir-Fotolar

263
0

Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Sosial Xidmətlər Agentliyinin” maliyyə dəstəyi ilə “MƏRHƏMƏT” Kimsəsizlərə Yardım İctimai Birliyi “Sağlamlıq imkanları məhdud uşaqların,sosial reabilitasiya xidmətinin göstərilməsi layihəsi “ davam edir.

Layihənin əsas məqsədi Oğuz,Qəbələ,İmişli rayonlarında xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirmək üçün evlərə səfərlərin edilməsi həyata keçirilir.

Bu işlərin gedişatında, həmin ərazilərdə yaşayan sakinlərin, sağlamlıq imkanları məhdu olan uşaqlarına, həmçinin həmin ərazilərdə yaşayan baxımsız və nəzarətsiz qalmış uşaqlara göstərilən psixoloji, pedaqoji, imkan daxilində loqoped, fiziki tərbiyə, musiqi, rəssamlıq, əl işləri bacarıqların öyrədilməsi, çox müsbət təsir göstərir. Bunu həm həmin valideyinlərin özlərindən eşidərək, həmdə qeyd olunan uşaqların inkişaf etməkdə olan istedadlarında əyani görmək olar.

Mərkəzlərdə, həmçinin, səyyar xidmət göstərilir. Bununla bağlı, qeyd olunan ərazilərdə, ətraf kənd və qəsəbəlrində yaşayan, sağlamlıq imkanları məhdud uşaqların ailələrinə səfərlər olunur, onlarla, yerində mərkəzin peşakar mütəxəssizləri tərəfindən söhbətlər edilir, onlara psixoloji və mənəvi dəstək göstərilir, qeyd olunan mərkəzin xidmətləri barəsində məlumat verilərək, həmin mərkəzlərə dəvət olunurlar və həmçinin həmin ailələrlə mütəmadi əlaqə saxlanılır.

Eyni zamanda, həmin bölgənin Vətən müharibəsində döyüşən Şəhidlərimizin ailələrinədə ziyarət olunur. Onlara dövlət tərəfindən göstərilən qayğı və diqqətə yaxından tanış olunur.

Həmin ailə üzvləri, yaxınları ilə mərkəzin əməkdaşları söhbət edərək, onlara mənəvi, dəstəyimizi, ruh yüksəlişi verməyə çalışırıq. Həmçinin, onların istək və arzularını lazımı dövlət orqanlarına çatdırmaqda yamdımçı oluruq.

Bu kimi işləri gördükdə, ailə üzvlərinin başcıları, valideyinlər, Şəhid ailələri, ilk öncə, Cənab Prezident, Ali baş komandan İlham Əliyevə, Vitse-prezident, Hörmətli Mehriban xanım Əliyevaya və bölgə üzrə Mərkəzin işçi heyyətinə təşəkkürlərini və ürək dolu xoş arzularını bildirirlər. Eyni zamanda, Mərkəzin əməkdaşlarına dərin təşəkkürlərini bildirirlər.

Bunun müqabilində, Oğuz, Qəbələ, İmişli rayon Mərkəzlərinin əməkdaşları, gördüyü işlərindən yüksək ruh alaraq, dahada həvəslə işləyərək, işlərinin inkişafı üçün, çalışdığı sahələr üzrə, dahada dərindən yiyələnərək çalışırlar.

Həqiqətən Son vaxtlarda Sosial Xidmətlər Agentliyinin QHT-lə birgə gördüyü sosial yönümli layihələrin xeyirli nəticəsində bir çox ailələr yararlanır, həmçinin evlərinə aylıq maaş aparırlar.

Görülən bu işlər Azərbaycanın çiçəklənməsi üçün uğurlu gələcəyə aparır.

Previous article“Azərişıq”dan Kəlbəcərdə görülən işlərlə bağlı – Açıqlama
Next articleŞəhidlərimizi tanıyaq və tanıdaq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here