Home Qarabağ “Azərişıq”dan Kəlbəcərdə görülən işlərlə bağlı – Açıqlama

“Azərişıq”dan Kəlbəcərdə görülən işlərlə bağlı – Açıqlama

240
0

Azərişıq ASC-nin işğaldan azad edilən Kəlbəcər rayonunun elektrik enerjisi sistemini yenidənqurması ilə bağlı görüntülər yayılıb.

Sosialxəbər.az bildirir ki, Qurumdan Axar.az-a verilən məlumata görə, görüntülərdə Kəlbəcərdəki yolların kənarında yeni dayaqların basdırıldığı, 10 kilovotluq izolyasiyalı və mühafizə olunan kanellərin çəkildiyi göstərilir. Bunu üçün isə Səhmdar Cəmiyyətin əməkdaşları ərazidə sovet dövründən qalmış və istifadəyə yararsız dayaqları çıxarıb ərazidən uzaqlaşdırıblar

Qeyd edək ki, həmin xətlər yeni qurulan 110/35 Kv-luq Kəlbəcər yarımstansiyasından qidalanır.

Çətin keçilən dağlıq relyefə malik olması Kəlbəcərdə energetiklərin fəaliyyətini çətinləşdirib. Belə ki, kadrlardan da göründüyü kimi rayonun Çopurlu kəndi ərazisində 35 kilovotluq xəttin çəkilişi üçün yol infrastrukturunun olmaması energetiklərə məcbur edir ki, ilk olaraq yol çəkilişini həyata keçirsinlər.

Məlumata görə, “Azərişıq” Kəlbəcərdəki işləri qarşıdakı həftələrdə tam yekunlaşdıracaq.

Xatırladaq ki, ötən il 44 günlük vətən müharibəsi nəticəsində Ermənistan baş nazirinin imzaladığı təslimçilik aktı nəticəsində 30 ilə qədər erməni işğalında qalan Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.

Previous articleArtıq Qarabağ Azərbaycanın daxili işidir – Hikmət Hacıyev
Next article“MƏRHƏMƏT” Kimsəsizlərə Yardım İctimai Birliyi “Sağlamlıq Imkanları Məhdud Uşaqların,Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi Uğurlu Nəticə Verir-Fotolar

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here