Home Qarabağ Sumqayıtın uşaq rəssamlarından gözəl təşəbbüs

Sumqayıtın uşaq rəssamlarından gözəl təşəbbüs

311
0

Sumqayıtda fəaliyyət göstərən “Cahan Art” Uşaq Rəsm Qalereyasında olduqca istedadlı uşaqlar bir araya gəliblər. Onların çox gözəl rəsmləri var. Hətta ilk baxışda bu rəsmlər peşəkar işlər kimi də qəbul edilir.
“Ədəbiyyat və incəsənət” portalının məlumatına görə, uşaq rəssamlar belə bir təşəbbüs irəli sürüblər:  bu rəsmlərin satışını təşkil edib qazandıqları pulları “Yaşat Fondu” və “Qarabağ İnkişaf Fondu”na köçürsünlər.
Onlar bununla əlaqədar böyüklərdən köməklik və dəstək istəyirlər.
Qeyd edək ki, rəsmlərin çoxu “Zəfər günü”nə həsr edilib, düşmən üzərində qazanılan qələbəni və işğaldan azad olunmuş ərazilərimizin gözəl mənzərələrini əks etdirir.
“Cahan Art” Rəsm Qalereyasının rəhbəri Nigar xanımla əlaqə yaradıb
(+994 70 795 11 01) ətraflı məlumat əldə etmək mümkündür.
Gəlin böyük ürəkli bu kiçik varlıqlara dəstək olaq!

Previous articleBakıda sakinlər etiraza qalxdı, başçı qəbul etmir
Next article“8 Noyabr Zəfər Günü – siyasi iradə, güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi” mövzusunda konfrans keçirildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here