Home Dünya Moldovanın eks-baş naziri Bakı Forumunda dünyaya səsləndi

Moldovanın eks-baş naziri Bakı Forumunda dünyaya səsləndi

227
0

“Biz qlobal istiləşmə mövzusu ilə bağlı müzakirələr aparırıq”.

Sosialxəbər.az xəbər verir ki, bunu Moldovanın keçmiş baş naziri Çiril Qaburici VIII Qlobal Bakı Forumunda panel müzakirələri zamanı deyib.

Onun sözlərinə əsasən, çox yaxşı haldır ki, bu məsələyə siyasətçilər də münasibət bildirirlər.

“Gələcəyin enerji infrastrukturunun necə görünəcəyinə gəlincə, biz elektrik avtomobillərinin rolunu qeyd etməliyik. Elektrik avtomobilləri havaya daha az karbon qazı buraxırlar. Bu tip istehsalat qlobal istiləşmənin qarşısını ala bilər”, – deyə o əlavə edib.

Sabiq baş nazir bildirib ki, bununla belə iqlim dəyişikliyi dünyanın bütün bölgələrinin prirotetləri sırasında deyil.

O, istehlak səviyyəsinin kəskin artmasının bəşəriyyətə ziyan vurduğunu da açıqlayıb: 

“Biz istehlakın yüksək səviyyədə olduğunu müşahidə edirik. Biz bəzən həddindən artıq israfçılığın şahidi oluruq. Aramızda çox az adam anlayır ki, biz istehlakı artırdıqca, bu, ətraf mühitə də mənfi təsir göstərir. Dövlətlər yeni layihələrə imza atmalıdır, proseslər tənzimlənməlidir”.

Previous article“Aqro-vest DC” MMC-də Zəfər Günü qeyd edilib
Next articleBeynəlxalq Forumda Azərbaycan bir daha dəqiq və aydın mövqeyini ortaya qoydu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here