Home Cəmiyyət Məcburi köçkünlər evlərindən çıxarılır? – Açıqlama

Məcburi köçkünlər evlərindən çıxarılır? – Açıqlama

232
0

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərin onlara verilmiş yaşayış sahələrindən çıxarılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Sosialxəbər.az bildirir ki, Komitədən Axar.az -a verilən məlumata görə, ayrıca yaşayış sahəsi olan, lakin onu üçüncü şəxslərin adına rəsmiləşdirən bəzi məcburi köçkünlərin dövlətdən əlavə yaşayış sahəsi əldə etmək istəyi baş tutub. Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi və məcburi köçkün arasında bağlanmış kirayə müqaviləsi əsasında yeni mənzillə təmin edilmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı mənzillərə qəsəbələrdə yerləşən MKİS-lər tərəfindən mütəmadi olaraq nəzarət edilir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış yaşayış massivlərində yerləşən mənzillər onların xüsusi mülkiyyətinə deyil, məhz müvəqqəti istifadəsinə təqdim edilir. Yeni yaşayış sahələri ilə təmin edilmiş məcburi köçkünlərlə bağlı mövcud qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildikdə onlarla imzalanmış müqaviləyə xitam verilir və mənzilin veriləcəyi digər məcburi köçkün ailəsi müəyyənləşdirilərkən məcburi köçkün şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri “xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri” hesab edilir və onlar özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

Previous articleEstoniya deputatları Zəfər Günü münasibətilə bəyanat yaydı
Next articleKərimin vəziyyəti ağırdır: Nə danışır, nə tərpənir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here