Home Şou-biznes Kərimin vəziyyəti ağırdır: Nə danışır, nə tərpənir

Kərimin vəziyyəti ağırdır: Nə danışır, nə tərpənir

72
0

Kərimin vəziyyəti çox pisdir, necə var eləcə də düşüb qalıb. Nə danışır, nə tərpənir.

Sosialxəbər.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən həmkarı Ağakərim Novruzovun səhhətindən danışarkən deyib. O, Kərimin sağlıq durumunun günü-gündən geri getdiyini deyib:

“Müsbət heç nə yoxdur. Əksinə, gerilik var ki, irəlləyiş yoxdur. Həkimlər deyir tərpənməsin yerindən, yəni onu bundan sonra harasa aparmaq mümkin deyil”.

Meyxanaçı həmkarının gözəl səsi olduğunu xüsusi vurğulayıb:

“Hərdən yanına gedirəm, baxıram ürəyim ağrayır. Onda olan səs meyxanada heç kimdə yoxdur. Tez-tez də oğlundan soruşuram. Daha o halda da deyil ki, yanına adam gəlsin, öz dərdi ilə baş-başadır. Amma onun vəziyyəti ilə maraqlananlar çoxdur, dövlət də dəstək olur. Allah kömək olsun, bu sənətdə Kərim bir də yetişər, ya yox, bilmirəm”.

Qeyd edək ki, meyxana ifaçısı Ağakərim Novruzov 2017-ci ilin mart ayında insult keçirib.

Previous articleMəcburi köçkünlər evlərindən çıxarılır? – Açıqlama
Next article“Aqro-vest DC” MMC-də Zəfər Günü qeyd edilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here