Home QHT Beynəlxalq Forumda Azərbaycan bir daha dəqiq və aydın mövqeyini ortaya qoydu

Beynəlxalq Forumda Azərbaycan bir daha dəqiq və aydın mövqeyini ortaya qoydu

231
0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti Qlobal Bakı Forumunda mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi aparılıb. Əslində COVID-19 pandemiyası dövründə Qlobal Bakı Forumunun keçirilməsi çox əhəmiyyətli hadisədir. Xeyli sayda qonaqların iştirakı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda beynəlxalq forumun keçirilməsi zamanın çağrışlarına Azərbayanın çox dinamik, adekvat mövqeyinin göstəricisidir.

COVID-19-göstərdi ki, dünyada heç bir ölkə təkbaşına təhlükəsizlik problemini həll etmək gücündə deyil. Yalnız geniş əməkdaşlıq şəraitində gözlənilən təhlükələrin aradan qaldırılması fikri realllığa çox yaxındır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxışı zamanı bir çox zəruri məqamlara toxunub. Dövlətimizin başçısı regionun gələcək inkişafı baxımından sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd edərək bildirib ki, biz indi postmünaqişə dövründəyik. Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik.

Prezidenti İlham Əliyev Azərbaycanın çox aydın mövqeyini bir daha bəyan edərək bildirib ki, biz sülh danışıqlarına başlamağa, sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir və demək olar, bir ildir onlar susurlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər.

Əkrəm Bəydəmirli

Əkrəm Bəydəmirli

Previous articleMoldovanın eks-baş naziri Bakı Forumunda dünyaya səsləndi
Next articleBeynəlxalq Forumda Azərbaycan bir daha dəqiq və aydın mövqeyini ortaya qoydu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here