Home Qarabağ “8 Noyabr Zəfər Günü – siyasi iradə, güclü ordu, milli birlik və...

“8 Noyabr Zəfər Günü – siyasi iradə, güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi” mövzusunda konfrans keçirildi

77
0

Sosialxəbər.az xəbər verir ki, 05 noyabr 2021-ci il tarixdə YAP Yevlax Rayon Təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə YAP Yevlax Rayon Təşkilatının inzibati binasında bir qrup Şəhid ailəsinin və Vətən müharibəsi qazilərinin iştirakı ilə “8 Noyabr Zəfər Günü – siyasi iradə, güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin, Gənclər Evi Sosial Xidmət müəssisəsinin, Gənclərin Karyera və İnkişaf mərkəzinin Yevlax nümayəndəliyinin, Yevlax şəhər Dəmiryol Stansiyasının əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb və sonra “Zəfər yürüşü” adlı qısa videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax Rayon Təşkilatının aparat rəhbəri Rafiq Əliyev xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusu olduğunu bildirib. Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi deyən Rafiq Əliyev, qələbəmizin birliyimizin yenilməz gücünü ortaya qoyduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli müzəffər Azərbaycan Ordusunun gücü və Cənab Ali Baş Komandanın qətiyyəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu, doğma torpaqlarımızın düşmən əsarətindən azad edilərək, tarixi ədalətin bəpa olunduğunu diqqətə çatdırıb.
Çıxış edən Vətən müharibəsi şəhidi polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, Vətən müharibəsi şəhidi Emin Kazımovun atası Fərman Kazımov, Vətən müharibəsi qazisi Zülfüqar Zülfüqarlı, əməkdar mədəniyyət işçisi Zöhrə Adıgözəlova xalqımızın şanlı zəfərinin iştirakçısı olan doğmalarının keçdikləri şanlı döyüş yolundan danışaraq, 44 günlük müharibədə xalq-ordu birliyinin, Cənab Ali Baş Komandanın dəmir yumruğunun birdaha əyani şahidi olduqlarını qeyd ediblər.
Sonda tədbir iştirakçılarına Vətən müharibəsində əldə olunan Zəfərin simvolu olan Xarıbülbül nişanları xatirə olaraq təqdim edilmişdir.

Previous articleSumqayıtın uşaq rəssamlarından gözəl təşəbbüs
Next articleMingəçevirdə bir ailənin beş üzvü dəm qazından zəhərləndi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here