Home DİN Salyanda narkotacir saxlanıldı

Salyanda narkotacir saxlanıldı

56
0

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Rizvan İbrahimov şübhəli şəxs qismində tutulub.

Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə qablaşdırılmış 1.6 qram metamfetamin, 11 qramdan çox heroin və 3 qrama yaxın marixuana, yaşadığı evdən işə 255 qram heroin və 475 qram marixuana aşkar edilib.

Dindirilmə zamanı R.İbrahimov qanunazid əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Previous articleNaftalanda ailə dəm qazından zəhərləndi
Next articleZəngəzur dəhlizinin açılması ilə bağlı işlər davam etdirilir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here