Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq

Şəhidlərimizi tanıyaq və tanıtdıraq

216
0

Məmmədzadə İman 14.09.1998 – ci il Lerik rayonu Kəlvəz kəndində anadan olub.Məmmədzadə Bəhram 18.04.2000 – ci ildə Lerik rayon Kəlvəz kəndində anadan olub.İman Məmmədzadə 2005- ci ildə Kəlvəz orta məktəbində birinci sinifə qədəm qoyub.İkinci sinifi Lənkəran rayon 5- nömrəli orta məktəbdə oxuyub.2006- cı ildə Bəhrəm birinci sinfi Lənkəran rayon 5- nömrəli orta məktəbdə oxuyub.2007- ci ildə hər iki qardaş Bakı şəhər Binə qəsəbəsində 117- nömrəli orta məktəbdə təhsillərini davam etdiriblər.2014- ci ildə hər iki qardaş İman Bəhram Fizika Riyaziyyat İnfarmatika təmaülünə daxil olub ,bir il oxuyublar.Öz istəkləri ilə Rusiya Federasiyasının Astarxan vilayətində Universitetinin gəmi kapitanlığına daxil olublar .Qardaşlar az yaşlarında idman növü olan Cido ilə məşğul olublar.Bəhrəm Astarxanda ilk dəfə Cido yarışlarında Ağır Atletika ilə məşğul olublar.Qardaşlar 2015 – ci ildə orada oxuyublar.Müəyyən səbəblər nəticəsində 2016- cı ildə Astarxandan Samara şəhərinə Universitetin Yuridiçiskiy fakültəsində oxuyublar.2017- ci ildə qardaşlar özəl olmaq üçün Universitetin Turuzim fakültəsini seçirlər və Yuridiçiskidən Turizmə yerdəyişmə edib təhsillərini davam etdirirlər.Həmdə Samarada tirinajor zalında ağır atletika ilə məşğul olurlar.2019- ci ildə Turizmi bitirib diplomlarını alıb həqiqi hərbi xidmət üçün Vətənə geri dönürlər.2019- ci il avqust ayından Qusar rayon N- saylı hərbi xidmətə iki qardaş eyni bölükdə,eyni taborda xidmətə Quru qoşunlarda qulluq edirlər.2020- ci il 27 sentyabr da Vətən müharibəsinin ilk günlərində Füzuli istiqamətində döyüşdə ikisi bir yerdə qəhrəmancasına döyüşürlər.Füzuli, Cəbrayıl,Hadrutda mühasirəyə düşürlər.Bir həftəlik mühasirədə qardaşlar altı döyüş yoldaşları ilə mühasirəni yarıb çıxırlar.Son döyüşləri Xocavənd rayon Qırmızı bazar istiqamətinə xüsusi tapşırıq alırlar.14- nəfərlik heyyət 27- oktyabr da pusquya düşüb İman və Bəhram 11- nəfərlə şəhid olurlar.Qardaşların ölümündən sonra Vətən uğrunda Xocavənd medalları verilib.Cəbrayıl ,Füzuli medalları ilə təltif ediliblər.

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Binə qəsəbə nümayəndəsi Günel Məmmədova.

Previous articleMillət vəkili şəhid mayorun anası ilə görüşdü
Next articleNaftalanda ailə dəm qazından zəhərləndi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here