Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq

Şəhidlərimizi tanıyaq və tanıtdıraq

361
0

Şəhid Şirvani Həsənağa Bəhruz oğlu 2002- ci il aprelin 23-ü Bakı şəhəri,binə qəsəbəsində  anadan olmuşdur.2008 ci ildə Rəşid Baxışov adına tam orta məktəbə gedib,2019-cu ildə həmin məktəbin XI sinfini  bitirmişdir, 2020-ci il aprelin 23-ü 18 yaşı tamam olmuş və həmin ilin may ayının 7-i hərbi xidmətə  yollanmışdır,
Həsənağa II Qarabağ müharibəsi başlayanda Murovdağ ,Kəlbəcər istiqamətində hərbi borcunu yerinə yetirirdi və 1 oktyabr Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlara baxsaq 18 yaşlı bir Qəhrəman görərik. Qorxmadan döyüşdə özünü göstərmiş və qəhrəmanlıqla şəhid olmuşdur. Həsənağanın 18 yaşı olmağına baxmayaraq,ailəsinin  sonbeşiyi olmağına baxmayaraq mərd  ,qorxmaz ,yardımsevər,zəhmətkeş idi
Yaxınları, dostları arasında böyük hörmət qazanan Həsənağanın döyüş yoldaşlarından biri onu belə xatırlayır:
Həsənağa özündən başqa hərkəsi düşünürdü,hərkəsi qorumağa çalışan Həsənağa özünü qoruya bilmədi

Ölümündən sonra Prezidentin sərəncamına əsasən “Vətən Uğrunda”, “Kəlbəcərin azad olunması uğrunda”,Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi Təşklatı Günel Məmmədova

Previous articleBərdədə silahlı insident: saxlanılan var
Next articleBakıda sərnişin avtobusu qəzaya düşdü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here