2021-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi rekord səviyyəyə çatacaq.
Bu barədə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə “Twitter” hesabında açıqlama verib.
“Bu ilin doqquz ayı ərzində Azərbaycan İtaliyaya 5,9 milyard dollar məbləğində məhsul və xidmətlər satıb. Ötən il bu rəqəm 4,5 milyard olub. Bu templə tərəflər ticarət dövriyyəsini səkkiz milyard dollar həddinə çatdıra və bu həddi keçə bilər”, – Məmməd Əhmədzadə qeyd edib.