Home Cəmiyyət Boşanmaların əsas səbəbi: içki və narkomaniya

Boşanmaların əsas səbəbi: içki və narkomaniya

48
0

Boşanmaların artmasına səbəb ailə quran cütlüklər arasında ailə dəyərləri haqqında düzgün məlumatlarının olmamasıdır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülər Məmmədova bu ilin 8 ayı ərzində boşanmaların sayının ötən ilin eyni dövri ilə müqayisədə artması haqda danışarkən deyib.

Psixoloq bildirib ki, boşanmalar müxtəlif səbəblərdən baş verir:

“Birincisi, fərqli ailə tərbiyəsində, fərqli psixologiyada olan insanların bir-birlərinin davranışlarına, düşüncələrinə hörmətlə yanaşa bilməməsidir. Əvvəllər ailələrin daha dözümlü olmasına səbəb konfliktlərin təhlil olunması idi. Bu gün isə başqadır, hər kəs öz istədiyini etməyə çalışır, buna görə də fikirlər toqquşur və ailədə söz-söhbətlər başlayır. İndiki dövrdə insanların bir-birlərinə güzəştə getməsi, ortaq məxrəcə gəlməsi düşüncəsi çox zəifləyib. Hər kiçik konfliktdən dolayı ayrılan cütlüklər var.

İkincisi səbəb spirtli içki asılılığı və narkomaniyadır. Bu iki faktın son vaxtlar ailələrin dağılmasında rolu artıb”.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində 36.063 nikaha daxilolma və 11.313 boşanma halı qeydə alınıb.

Previous article“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi sosial xidmət sifarişi üzrə layihənin icrasına başlamışdır
Next articleSabunçu rayonunda qadının boğazı kəsilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here