Home Cəmiyyət AQTA sahibkarlara müraciət etdi

AQTA sahibkarlara müraciət etdi

51
0

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çin Xalq Respublikasına qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib.

Sosialxəbər.az müraciətin mətnini təqdim edir:

“Məlumat üçün bildiririk ki, Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin 2021-ci il 13 aprel tarixli 248 nömrəli Qərarı ilə təsdiq edilmiş “Digər ölkələrdən idxal edilən qida məhsulları istehsalçılarının qeydiyyatı və idarəedilməsi üzrə Çin Xalq Respublikasının Qaydaları”na görə, 2022-ci il 1 yanvar tarixindən ÇXR-ə ixrac məqsədilə 18 məhsul kateqoriyasına (siyahısı əlavə olunur) aid məhsulları istehsal və ya emal edən, yaxud belə məhsulların saxlanması ilə məşğul olan bütün müəssisələrin Çin Baş Gömrük İdarəsində qeydiyyatdan keçməsi tələb olunacaq. Göstərilən tarixdən etibarən qeydiyyatdan keçməyən müəssisələr tərəfindən ÇXR-ə qida məhsullarının ixracına icazə verilməyəcək.

Yeni Qaydalara əsasən, digər dövlətlərdən ÇXR-ə məhsul ixrac etmək üçün müəssisələr Çin Baş Gömrük İdarəsində qeydiyyata düşmək məqsədilə ixracatçı ölkənin müvafiq səlahiyyətli qurumuna (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə) müraciət etməlidir. İxracatçı ölkənin müvafiq səlahiyyətli qurumu tərəfindən müəssisələrin qiymətləndirilməsi həyata keçirilməli və tələblərə tam cavab verdiyi halda ÇXR-in müvafiq qurumuna həmin müəssisələrin qeydiyyata alınması məqsədilə müraciət ünvanlanmalıdır. Belə müəssisələrin ÇXR-in müvafiq sistemində qeydiyyatının aparılması üçün ÇXR-in səlahiyyətli qurumları tərəfindən araşdırmalar və yerində yoxlamalar həyata keçirilə bilər. Yuxarıda qeyd edilən prosedurlardan sonra məqsədəuyğun hesab olunduğu təqdirdə müəssisə ÇXR-in səlahiyyətli qurumu tərəfindən qeydiyyata alınacaq və məhsulun idxalına icazə veriləcəkdir.

Bununla yanaşı, hazırda ÇXR-ə ixrac tarixçəsi olan müəssisələrə münasibətdə ilkin mərhələdə ixracatçı ölkənin müvafiq səlahiyyətli qurumu tərəfindən həmin müəssisələr barədə zəruri məlumatların təqdim edilməsi onların ixracı davam etdirməsi üçün yetərli olduğundan, Agentlik müvafiq məlumatları Çin tərəfinə təqdim edib.

Eyni zamanda, siyahıda sadalanan məhsullardan fərqli qida məhsullarını ÇXR-ə ixrac etmək istəyən müəssisələr müstəqil şəkildə 2021-ci il 1 noyabr tarixindən etibarən yeni Qaydalara əsasən Çin Beynəlxalq Ticarət üzrə Vahid Pəncərə sistemi vasitəsilə www.singlewindow.cn saytında qeydiyyat üçün müraciət etməlidir.

İxracatçısı Çin Baş Gömrük İdarəsində qeydiyyata alınması tələb olunacaq məhsulların siyahısı:

1. Ət və ət məhsulları;

2. Sosiska üçün heyvan bağırsağı;

3. Süd məhsulları;

4. Müxtəlif növ quşlar və onların məhsulları;

5. Dəniz məhsulları;

6. Arı və arıçılıq məhsulları;

7. Yumurta və yumurta məhsulları;

8. Yeyiləbilən piylər və yağlar;

9. İçi doldurulmuş xəmir növləri;

9. İçi doldurulmuş xəmir növləri;

10. Yeyiləbilən taxıllar;

11. Taxıl emalı məhsulları və səməni;

12. Təzə və qurudulmuş tərəvəzlər;

13. Qurudulmuş lobyakimilər;

14. Ədviyyatlar;

15. Çərəz və tumlar;

16. Qurudulmuş meyvələr;

17. Qovrulmamış qəhvə dənələri və kakao dənələri;

18. Xüsusi pəhriz üçün qida və funksional qida.

Previous articleBu məhsullar ƏDV-dən azad edilir
Next articleBərdədə silahlı insident: saxlanılan var

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here