Home Milli Məclis Xarəzmin özünəməxsus doğmalığı var – Paşayeva

Xarəzmin özünəməxsus doğmalığı var – Paşayeva

50
0

Özbəkistanda səfərdə olan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xarəzm vilayətində Azərbaycanın tarixi zəfərindən danışıb.

Sosialxəbər.az xəbər verir ki, Xarəzm Dövlət Musiqili Dram Teatrında baş tutan mərasimdə dövlət qurumlarının nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, jurnalistlər, Azərbaycan nümayəndə heyəti iştirak edib.

Qənirə Paşayeva Azərbaycandan qardaş Özbəkistana, Xarəzm vilayətinə salam-sayğılar gətirdiyini bildirib:

“Özbəkistanın hər bir bölgəsi əzizdir, bununla belə Xarəzmin bizimçün özünəməxsus doğmalığı var. Bu doğmalıq ilk növbədə tarix, mədəniyyət, sənət, ədəbiyyat, adət-ənənələr, mətbəx və digər əməli fəaliyyət sahələri ilə şərtlənir. Dilimiz, dinimiz birdir. Biz ortaq tarixdən gəlirik, ortaq gələcək inşa etmək də mənəvi borcumuzdur.

Bildiyiniz kimi, Azərbaycan torpaqları 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur hərbçilərimiz Qarabağı, o cümlədən mədəniyyət beşiyimiz Şuşanı erməni tapdağından xilas etdi. 2021-ci ildən rəsmi olaraq, Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşa, inşallah 2022-ci ildə Türk dünyasının Mədəniyyət Paytaxtı olacaq. Ümidvaram, sizləri də gözəl Şuşamızda görəcəyik və Şuşanı, Azərbaycanı çox sevəcəksiniz.

Qardaş ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr, mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən layihələr təqdirəlayiqdir. Azərbaycan mədəniyyətinin Özbəkistanda, onun bölgələrində tanıdılması, Xarəzm vilayətində Azərbaycan mədəniyyəti, ədəbiyyatı günlərinin keçirilməsi, kitabxanalara Azərbaycan mədəniyyəti və tarixinə dair nəşrlərin hədiyyə olunması çox önəmlidir. Biz birimizi sevərək öyrənir, öyrənərək sevirik.

Yaşasın Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu”!

Previous articleMaşın nömrələri ilə bağlı yeni rüsumlar – Siyahı
Next articleŞəxsiyyət vəsiqəsi üçün rüsumlar dəyişir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here