Home QHT “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi sosial xidmət sifarişi üzrə layihənin icrasına...

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi sosial xidmət sifarişi üzrə layihənin icrasına başlamışdır

52
0

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinn tabeliyində Sosial Xidmətlər Agentliyi ilə sosial xidmət sifarişi üzrə bağlanmış müqavilə çərçivəsində ”Gəncə şəhərində Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzinin fəaliyyətnin təşkili” adlı layihənin icrasına başlamışdır.

Bu barədə Sosialxəbər.az-a  Layihənin rəhbəri Rövşən Novruzov məlumat verib. Layihənin əsas məqsədi – Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə davamlı sosial xidmətlərin göstərilməsidir.

Layihə çərçivəsində 100 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün fərdi intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün məsləhət xidməti təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, Reabilitasiya Mərkəzinin fəaliyyətinə, nəinki Gəncə şəhərindən, eyni zamanda ətraf rayonların xüsusi qayğıya ehtiyacı olan uşaqları da cəlb olunmuşdur.

Həyata keçiriləcək reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklərin olması gözlənilir. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf  hiss ediləcək, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artacaq, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri  yaranacaqdır.

Sosial Xidmətlər Agentliyi tərəfindən təşkilata hərtəfərli dəstəyin göstərilməsi layihənin uğurlu icrasına təminat verir. Göstərilən dəstək üçün Sosial Xidmətlər Agentliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Previous articleRövnəq Abdullayevi bu nazir əvəzlədi
Next articleBoşanmaların əsas səbəbi: içki və narkomaniya

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here