Home Şou-biznes Qəzada xəsarət alan Əməkdar artistin vəziyyəti AÇIQLANDI

Qəzada xəsarət alan Əməkdar artistin vəziyyəti AÇIQLANDI

253
0

Əməkdar artist Elizbar Osmanov süni tənəffüs aparatından ayrılıb.

Sosialxəbər.az bildirir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, xəstənin vəziyyəti stabildir:

“Artıq iki gündür tənəffüs aparatından ayrılıb, özünə gəlib. Lakin reanimasiya şəraitində saxlanılır, vəziyyəti stabildir. Müayinə və müalicələri davam etdirilir”.

Qeyd edək ki, Əməkdar artist Elizbar Osmanovu Nəsimi rayonu ərazisində, Bakı Dövlət Sirkinin yaxınlığında maşın vurub.

Xatırladaq ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə “Əməkdar artist” fəxri adı verilib.

Previous articleAzərbaycanda ipoteka faizləri aşağı salınmalı və şərtlər yumşaldılmalıdır
Next articleOnlar bu gün də ermənilərin maşasıdır – Xanlar Vəliyev

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here