Home Qarabağ Şəhidlərimizi tanıyaq və tanıtdıraq

Şəhidlərimizi tanıyaq və tanıtdıraq

41
0

İsmayılzadə Məhəmməd Füzuli oglu 1996-ci il 12iyun NMR Serur rayonunun Yengice kendinde dünyaya göz acmisdi. ilk vaxtlarindan Məhəmməd veten sevgisi ile böyümüşdür.Tebii ki bu normaldır çünki bu sevgi atasının 1992-93cu ilde 2il Qarabağda gösderdiyi şücaətden irəli gəlmişdir.Bu ən böyük xoşbəxtlikdir ki uşaq yaşlarından valideyninin vətən müqəddəsdir veten anadır sevgisi ile böyümüşdür.Hele uşaq yaşlarından Məhəmməd veten sevgisi ile öz həmyaşıdlarından seçilirdi .Məhəmməd 2014-cü ildə 317-№ li mektebi bitirdikdən sonra böyük həvəslə müqəddəs borcu olan ana vətəni qorumaq üçün hərbi xidmətə yollanır.Veten keşiyində olan zaman göstərdiyi şücaəti ilə xüsusi təyinatlı dəstənin komandirlərinin diqqətini cəlb eleyir ve onların sıralarında baş kəşfiyyatçı olaraq hərbi xidmətini davam etdirir . Göstərdiyi igidliklere göre bir neçə fəxri fərmanla təltif olunur.
Onun ən böyük arzusu xaricdə təhsil almaq idi.Nehayet o, öz arzusuna çatır Türkiyənin Kütahya Dumlupınar üniversitetine qəbul olur.2-ci Qarabağ müharibəsi onun bu arzusunu usteliyir .Müharibə başladığı ilk gündən hərbi komisarliqa müraciət edərək könüllü olaraq ön sıralara yazdırır .29sentyabr könüllü olaraq müharibəyə yollanır.Bir nece gün Füzulidə kəşfiyyatçı olaraq döyüşür.Daha sonra o öz arzusunu ön cəbhədə həmlə taboruna könüllü qoşularaq gerçekleştirir.
Döyüş yoldaşı deyibki bizim irelilemeyimiz üçün Məhəmməd əl pulemyotundan istifade edərək önden bizi qoruyurdu .Məhəmməd her saniyesinin təhlükəli olduğunu bilerek önde getmeyden heçvaxt çəkinmirdi.Defelerle çox olan düşmən sayına baxmayaraq cesurluqla ölümə meydan oxuyur ve tapşırılan mövqeləri düşməndən azad edirdilər.Bu tapşırıqları yerinə yetirən zaman 2 dəfə fərqli mövqelərdə yaralansa da bu onun döyüş əzmini sındırmayıb. Bir dəfə eşitdim ki yaralı vəziyyətdə atasıyla danışarkən oğlum sağal yeniden döyüşə qayıdarsan sözünü yarıda keserek ata doslarim dardadi men onları geride buraxa bilmərəm .Yadda galan bizim en çetin doyuslerimizden biri 50 nəfərlə 300 nəfərlik erməni qosununu darmadağın ettik.Fuzulinin bütün kəndlərində ve hadrutun azad edilməsində Məhəmməd ve digər və digər əsgər yoldaşlarımızla çiyin çiyinə döyüşmüşuk .Sonuncu dəfə atasi ile telefonda danışan zaman atasına son sözü ya tarix olacayıq ya da tarix yazacayiq demişdi .Məhəmməd ve onun kimi igid Azerbaycan övladları sayesinde tarix yazıldı.Mehemmed ismayilzade 25oktyabr Füzulide şəhidlik zirvəsinə ucalmisdir.
Ruhunuzun qarşısında baş əyirik !

Azərbaycan Respublıkası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyin Qadınlar Şurasın sədri Nəcibə Ağamalıyeva

Previous articleBakıda məktəb-liseyin karantin müddəti 10 gün uzadıldı
Next articleAz yaşlıya təcavüzdə günahkar kimdir?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here