Home Milli Məclis Sahibə Qafarova Türkiyəni təbrik etdi

Sahibə Qafarova Türkiyəni təbrik etdi

272
0

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa Cümhuriyyət Bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Sosialxəbər.az bildirir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, o, Mustafa Şəntopu və onun simasında Türkiyə Böyük Millət Məclisinin üzvlərini, həmçinin qardaş Türk xalqını milli bayram – Türk Cümhuriyyətinin qurulmasının 98-ci ildönümü münasibətilə öz adından və Milli Məclisinin bütün üzvləri adından təbrik edib, daimi rifah, tərəqqi, sülh və əmin-amanlıq arzulayıb.

Milli Məclisin sədri tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da davamlı olaraq möhkəmlənəcəyinə və regionda təhlükəsizliyin, sülhün, sabitliyin təminatçısı olacağına əminliyini ifadə edib.

Previous articleHacıqabulda şadlıq sarayının inzibatçısı cərimələndi
Next articleDistant təhsilə keçən siniflərin sayı açıqlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here