Home DİN Hacıqabulda şadlıq sarayının inzibatçısı cərimələndi

Hacıqabulda şadlıq sarayının inzibatçısı cərimələndi

287
0

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Nəvahı kəndi ərazisində yerləşən “Şahsaray” şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, adı çəkilən şadlıq sarayının inzibatçısı Fariz Cəfərov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb.

Yol verilən qayda pozuntusu ilə bağlı həmin şəxs 4 000 manat məbləğində cərimə olunub.

Previous articleBərdə rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib
Next articleSahibə Qafarova Türkiyəni təbrik etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here