Home Qarabağ Paşinyan: Müharibəyə iki gün qalmış məlumat ələ keçirdik ki…

Paşinyan: Müharibəyə iki gün qalmış məlumat ələ keçirdik ki…

74
0

Ermənistan Azərbaycanla müharibə ərəfəsində olduğu barədə ölkə rəhbərliyinə mütəmadi olaraq, xüsusilə, 2011-ci ildə Kazan danışıqlarındakı uğursuzluqdan sonra məlumat verilib.

Sosialxəbər.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, bu tip məlumatların 2018-ci ildən sonra da gəldiyini bildirib:

“Mən baş nazir oldum. O zaman mütəmadi olaraq məlumatlar peyda olurdu ki, Azərbaycan müharibəyə hazırlaşır. Bunu əvvəlki hakimiyyət də bilirdi. Serj Sərkisyan parlament tribunasından hətta bir dəfə bəyan etdi ki, biz müharibəni hər an gözləməliyik”.

Paşinyanın sözlərinə görə, praktik olaraq hər gün hərbi fəaliyyətlərin yenilənməsinin mümkünlüyü haqqında informasiyalar gəlirdi, dövlətin institutları müxtəlif mənbələrdən daxil olan informasiyaları filtrdən keçirərək, qiymətləndirmə edirdi:

“Xatırlayıram ki, müharibənin başlanmasına iki gün qalmış bizə kifayət qədər inandırıcı olan ələ keçirilmiş radio-məlumat daxil oldu. Lakin bu vaxta qədər də bizə bənzər informasiyalar daxil olurdu…”

Previous articleİraqda saxlanılan daha 38 uşaq ölkəmizə gətirildi
Next articleSəssizliyin Səsi Ola bilirikmi? – QHT sədri problemlərdən yazdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here