Home Qarabağ Artıq Bakı və İrəvan üz-üzə danışır – Marçilyano

Artıq Bakı və İrəvan üz-üzə danışır – Marçilyano

55
0

Azərbaycan və Ermənistan arasındakı münaqişə artıq Minsk Qrupunun yararsız cəhdlərinə həvalə edilmir, Ermənistanla Azərbaycan Rusiya vasitəçiliyi ilə bu problemlə üz-üzə, birbaşa məşğul olur.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a İtalyanın geosiyasi analitik və beynəlxalq araşdırmalar üzrə düşüncə mərkəzi “Il Nodo di Gordio”nun baş elmi işçisi Andrea Marçilyano Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrda Moskvada baş tutması gözlənilən üçtərəfli görüşü haqda danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi Moskva daha Qafqazda öz maraqlarını və təhlükəsizliyini riskə atmaq istəmir:

“Görüş zamanı hansı sənədlərin imzalanacağını söyləmək çətindir. Bununla belə, nəhayət, bir işıq görürük. İki ölkə arasında uzun müddətdir davam edən münaqişə aradan qaldırıldıqdan sonra bütün Qafqaz regionu üçün böyük inkişaf üfüqləri açılacaq”.

Previous articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq
Next articleAzərbaycanda ana doğuşdan sonra öldü

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here