Home Şou-biznes Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır

311
0

Əməkdar artist Elizbar Osmanovu maşın vurub.

Sosialxəbər.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub. 

Xəstəxanadan verilən məlumata görə, əməkdar artist cərrahi əməliyyata alınıb.

Əməliyyat bitib, xəstənin vəziyyəti ağırdır.

Elizbar Osmanovu vuran “BMW” markalı maşının sürücüsü polis tərəfindən dindirilir. 

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə bu il “Əməkdar artist” fəxri adı verilib.

Previous articleZakir Həsənovla Hulusi Akar görüşdü
Next articleHərbi və təhlükəsizlik sahəsi üçün bu qədər pul ayrılır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here