Home Qarabağ Ərdoğan Moskva görüşü öncəsi Füzulidən mesaj verir…

Ərdoğan Moskva görüşü öncəsi Füzulidən mesaj verir…

72
0

Ərdoğanın Füzuliyə beynəlxalq hava limanının açılışında iştirak üçün səfəri çox böyük bir addımdır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə bu gün gerçəkləşəcək səfəri haqda danışarkən deyib.

Politoloq bildirib ki, bu görüş Azərbaycan və Türkiyənin dünyaya növbəti birgə mesajıdır:

“Ərdoğanın Bakıya deyil, birbaşa Füzuliyə gəlməsi Azərbaycan və Türkiyənin siyasi diqqətinin Qarabağ zonasına cəmləndiyini göstərir, bu isə Qarabağ bölgəsinin Azərbaycan və Türkiyə üçün önəminin ifadəsidir. İki qardaş ölkə olaraq Qarabağı sonuna qədər qoruyacağıq və bunu açıq şəkildə bəyan edib, bütün dünyaya mesaj veririk ki, Qarabağ məsələsi hər iki ölkə üçün həyati əhəmiyyət daşıyır”.

Politoloq deyib ki, daha bir məqam bu səfərin noyabr ayının ilk ongünlüyündə Azərbaycan Prezidentinin, Ermənistanın Baş nazirinin və Rusiya Prezidentinin Rusiyada üçlü görüşü ərəfəsində olmasıdır:

“Ərdoğanın Moskva görüşü öncəsi Füzuliyə səfəri qardaş Türkiyənin Azərbaycana siyasi dəstəyinin daha bir nümayişidir”.

Previous articleBu təxribatlar diqqətlə izlənilir – DTX rəisi
Next articleŞəhidlərimizi tanıyaq və tanıtdıraq

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here