Home Cəmiyyət Həbsdə olan polkovnik aclıq aksiyası keçirir? – Rəsmi

Həbsdə olan polkovnik aclıq aksiyası keçirir? – Rəsmi

57
0

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rüşvətə görə həbs edilən ehtiyatda olan polkovnik Rövşən Babayevin saxlandığı təcridxanada aclıq aksiyası keçirməsi ilə bağlı iddialara münasibət bildirib.

Sosialxəbər.az xəbər verir ki, xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Report-a açıqıamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

“Rövşən Babayev heç bir aclıq aksiyası keçirmir. O, yemək yeyir, su da içir”, – o vurğulayıb.

Xatıradaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi R.Babayevin Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, R.Babayev bu ilin aprel ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqla onun 08.11.2016-cı il tarixdən 08.05.2019-cu il tarixədək müddət ərzində SHXÇDX-nin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi vəzifəsində işləyərkən idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Hüseynov Yaşar Ağahüseyn oğlu (saxlanılan zaman SHXÇDX-nin Xəzər rayon idarəsinin şöbə rəisi idi) və digər şəxslərlə birgə qanuni əsaslar olmadan 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsi müqabilində müxtəlif məbləğdə pul vəsaitini rüşvət qismində alması, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Babayev və Y.Hüseynova Cinayət Məcəlləsinin 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Prokurorluğun təqdimatı əsasında məhkəmə tərəfindən R.Babayev barəsində həbs, Y.Hüseynov barəsində isə vəzifədən kənarlaşdırma, eləcə də istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Previous articleDeputatın statusundakı səhvlər gülüş hədəfi oldu
Next articleABŞ senatoru Azərbaycanla bağlı bəyannamə imzaladı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here