Home Dünya ABŞ senatoru Azərbaycanla bağlı bəyannamə imzaladı

ABŞ senatoru Azərbaycanla bağlı bəyannamə imzaladı

70
0

ABŞ-ın Florida ştatından olan senator Annet Coan Taddeo-Qoldşteyn Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bəyannamə imzalayıb.

Sosialxəbər.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, senator bəyan edib ki, 18 oktyabr tarixini Florida ştatında “Azərbaycanın Müstəqilliyinin Bərpası Günü” olaraq tanıyır.

Amerikalı siyasətçi müstəqilliyin bərpasının 30 illiyi ilə əlaqədar Azərbaycan xalqını təbrik edib və Florida ştatında fəaliyyət göstərən Azərbaycan icmasının fəallığından məmnunluğunu ifadə edib. O, 26 oktyabr 2006-cı ildə yaradılan və diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvlərinə uğurlar arzulayıb. Eyni zamanda ABŞ-da yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərinə layiqincə sahib çıxdıqlarını, Azərbaycanın zəngin mədəniyyətini və incəsənətini yüksək səviyyədə təbliğ etdiklərini nəzərə çatdırıb.

Bəyannamə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edilib.

Previous articleHəbsdə olan polkovnik aclıq aksiyası keçirir? – Rəsmi
Next articleŞimal bölgəsinə ilk qar yağdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here