Home Şou-biznes “Space” Kamil Şahverdinin bağladığı müqaviləyə görə məhkəməyə verildi

“Space” Kamil Şahverdinin bağladığı müqaviləyə görə məhkəməyə verildi

332
0

“Space” teleradio şirkəti “Azərbeynəlxalq audit xidməti” MMC tərəfindən məhkəməyə verilib.

Sosialxəbər.az “qafqazinfo”ya istinadən xəbər verir ki, göstərdiyi audit xidmətinin ödənişini ala bilməyən MMC rəhbərliyi məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsində icraata götürülən işə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.

Audit Xidmətindən verilən məlumata görə, onlarla müqaviləni “Space” TV-nin keçmiş icraçı direktoru, Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev bağlayıbmış.

Qeyd edək ki, 2006-2021-ci illərdə “Space”in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası Kamil Şahverdiyevə tapşırılıb. May ayından isə bu vəzifəyə “Azərbaycanfilm” kinostudiyasının keçmiş direktoru Müşfiq Hətəmov təyin olunub.

Previous articleİlham Quliyevə yeni vəzifə verilib
Next articleMaskalı şəxslər yanacaq məntəqəsinə basqın etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here