Home Hadisə Maskalı şəxslər yanacaq məntəqəsinə basqın etdi

Maskalı şəxslər yanacaq məntəqəsinə basqın etdi

1173
0

Lənkəranda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın edib, xəsarət alan var.

Sosialxəbər.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Girdəni kəndi ərazisində baş verib.

Basqın zamanı 1983-cü il təvəllüdlü Girdəni kənd sakini Amid Şakir oğlu Kərimov bıçaq xəsarətləri alıb. Yaralı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş, əl və qarın nahiyəsindən xəsarətlər alan A.Kərimov əməliyyata alınıb. Şahidlərin dediyinə görə basqın edənlər üç nəfər olub. Onlardan biri əlində kustar üsulla hazırlanmış kəsici-deşici alətlə dispeçer otağına soxulub. Pulları qarət etmək istəyib. Yanacaq doldurma məntəqəsinin digər əməkdaşı yoldaşına kömək edərək pulların qarət olunmasına mane olub. İki tərəf arasında dava düşüb. Nəticədə A.Kərimov bir neçə yerdən xəsarət alıb. Bundan sonra basqın edən şəxslər hadisə yerindən uzaqlaşıblar. Basqın edən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Previous article“Space” Kamil Şahverdinin bağladığı müqaviləyə görə məhkəməyə verildi
Next articleAzərbaycan XİN Pakistana başsağlığı verdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here