Home Cəmiyyət Yeni qanun: məhkəməyə müraciət qaydası dəyişdi

Yeni qanun: məhkəməyə müraciət qaydası dəyişdi

71
0

Vətəndaşlar əvvəllər yalnız kommersiya işlərində məhkəməyə elektron qaydada iddia əizəsi ilə müraciət edirdilər. Oktyabrın 1-dən sonra mülki işlərdə də iddia ərizələri elektron qaydada qəbul ediləcək.

Sosialxəbər.az xəbər verir ki, bunu Ali Məhkəminin Mülki kollegiyasının sədri Sənan Hacıyev deyib.

“Eyni zamanda apellyasiya və kassasiya şikayətlərinin də məcburi qaydada elektron məhkəmə informasiya sistemi vasitəsilə verilməsi nəzərdə tutulub. Əks halda müraciətlər geri qaytarılacaq. Belə bir fikir var idi ki, hazırlıq iclasına, yəni məhkəmənin 1-ci iclasına getməyin o qədər də əhəmiyyəti yoxdur. Artıq hazırlıq institututu daha da genişləndirilir. Vətəndaşları hazırlıq iclasında iştirak etməyə dəvət edirik.

Prosessual müddətlərdə də dəyişikliklər edilir. Qərardaddan verilən şikayətə daha qısa müddətdə baxılması nəzərdə tutulub. Mülki işlər üzrə kiçik iddialara aid edilməklə sadələşdirilmiş icraat nəzərdə tutulan iddiaların məbləği 2000 manatdan 5000 manata qaldırılıb. Bununla da 5000 manatdan az olan iddialar kiçik iddialar hesab edilir. Mübahisənin həddi 5000 manatdan aşağı olan işlərə Ali Məhkəmədə baxılmayacaq. Bu işlərə yazılı icraatda baxılacaq. Ali Məhkəmə artıq şifahi məhkəmə iclası keçirmədən prosesləri və iş üzrə qərarları qəbul edəcək. Bu, rayonlardan vətəndaşların Ali Məhkəməyə axışmasının və çətinliklərinin qarşısını alacaq”, – sədr bildirib.

Qeyd edək ki, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olaraq 9 iyul 2021-ci il tarixli qanunla Mülki Prosessual Məcəllədə 160-dək maddəyə dəyişiklik edilmişdi. Bu gündən etibarən bu dəyişikliklər qüvvəyə minəcək.

Previous article37 saylı Kəlbəcər rayon orta məktəbində anım günü
Next articleSəyyad Əlizadənin dəfn ediləcəyi yer məlum oldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here