Home Hərbi Belarus hərbçiləri Azərbaycanda: MN-də görüş

Belarus hərbçiləri Azərbaycanda: MN-də görüş

1330
0

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “Raket və artilleriya qüvvələrinin inkişafı məsələləri” üzrə işçi görüşü keçirilib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hər iki ölkənin Raket və Artilleriya Qoşunları arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahələri haqqında ətraflı fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Qonaqlara Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə artilleriyaçılarımızın fəaliyyətindən bəhs edilib.

Səfər çərçivəsində Belarus nümayəndə heyətinin Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə ziyarəti planlaşdırılır.

Previous articleCənnətdəki şəhidimiz Aslanov Elşən Alxas oğlunun Ailəsi Ziyarət edildi
Next articleTonoyanın avqustda imzaladığı hücum planı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here