Home Qarabağ Ağdərə və Xocalının geri verilməsi xəritəsi… – Araik danışdı

Ağdərə və Xocalının geri verilməsi xəritəsi… – Araik danışdı

305
0

RBK-nın məlum xəritəsi – hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgəyə daxil olan keçmiş Ağdərə rayonu, Xocalı və Xocavəndin mərkəzi Azərbaycana təhvil verilir – erməni jurnalistlər tərəfindən araşdırılıb. Məsələ hələ də müəmmalı olsa da, müəyyən məqamlar diqqət çəkir.

RBK xəritəni yayandan bir gün sonra silib – “Hraparak” qəzeti yazır.

Qarabağda yaşayan erməni ekspert Bella Lalayan deyir ki, müharibə başa çatandan sonra Xocalının təhvil verilməsi haqqında tez-tez danışırlar.

Separatçı-terrorçu rejimin qondarma “parlamentinin xarici əlaqələr komitəsinin üzvü”, daşnak Vahram Balayan bu haqda danışmaqdan imtina edib.

Baş separatçı Araik Arutyunyanın “sözçüsü” Narine Avanesyan da susmağa üstünlük verib.

Erməni jurnalistlər, nəhayət, Arutyunyanın özü ilə təmas qura biliblər.

Baş separatçıya jurnalistlər deyib ki, RBK xəritəni silməmişdən öncə onlardan məsələyə münasibət öyrəniblərmi?

“Hələlik bu məlumatı şərh etməyəcəm”.

“Niyə şərh vermirsən”, – jurnalist soruşub.

“Əlimdə rəsmi nəsə olanda şərh edəcəm”, – Araik cavab verib.

Jurnalist “İmzanız olmadan həmin bölgələrin Ermənistan hakimiyyəti tərəfindən təhvil verilməsi mümkündürmü” deyə soruşub.

Baş separatçı da “bunu Ermənistan hakimiyyətin soruşun” cavabını verib.

Müəmma davam edir…

Previous articleDeputatlar “payız”ın ilk iclasına toplanır
Next articleNeft bahalaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here