Home Təhsil 37 saylı Kəlbəcər rayon orta məktəbində anım günü

37 saylı Kəlbəcər rayon orta məktəbində anım günü

156
0

Sosialxəbər.az bildirir ki, 27 Sentyabr Zəfər qələbəmizin başlanğıc günüdür, bununla əlaqədar olaraq Azərbaycanın bütün bölgələrində həmin günü anım günü qeyd olundu.


28 il məcburi köçkün həyat yaşayan Kəlbəcər rayon orta məktəbin ibtidai sinif şagirdləridə , uşaqların sevimlisi olan Günel müəllimə Məmmədovanın rəhbərliyi ilə qeyd etdilər.


Günel müəllimə Kəlbəcər rayonundan olmasada, neçə illərdi həmin məktəbdə sevə- sevə işlədiyini dedi. Hətta qeyd etdi ki, məktəb Kəlbəcərə köçəndə belə mənə çətin olacaq ki, uşaqlardan ayrı düşəcəm.


Günel müəllimə özü qazi ailəsi olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi Təşkilatın Xəzər rayonu üzrə nümayəndəsidir.


Bu gün anım günü ilə bağlı tədbirimizi vətənpərvərlik mövzusu üzərində qurduq, şagirdlərin hər biri vətənlə bağlı şerlər söylədi, həmçinin uşaqlar özləri Xarıbülbül rəsmini sevə- sevə işlədilər.


Mən həmişə dərsdən kənar uşaqlara bir – bir Qəhramanlarımızı tanıdıram, və bununla qürur duyuram. Çünki Vətənə sevgi ibtidai sinifdən başlayır.

Previous articleTonoyanın avqustda imzaladığı hücum planı
Next articleYeni qanun: məhkəməyə müraciət qaydası dəyişdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here