Home Təhsil Bu məktəbdə sinif otaqları şəhidlərin adını daşıyır

Bu məktəbdə sinif otaqları şəhidlərin adını daşıyır

1329
0

Bakının Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 328 saylı məktəbin siniflərinə ənənəvi olaraq Vətən müharibəsi şəhidlərinin adı verilir.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a 328 saylı məktəbin müəllimləri məlumat veriblər.

Məlumatda bildirilib ki, Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar məktəbin 5 B sinfinə Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş leytenantı Həmid Cavanşir oğlu Abbasbəylinin adı verilib:

“328 saylı məktəbdə bu, artıq ənənə halını alıb. Məktəbin sinif otaqlarının hər biri Vətən müharibəsi şəhidlərinin adını daşıyır”.

Qeyd edək ki, baş leytenant Həmid Abbasbəyli Vətən müharibəsi zamanı oktyabrın 20-də Laçın dəhlizi istiqamətindəki döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Previous articleBDU qarşısında böyük izdiham – Açıqlama
Next articleUşaqların ailələrə verilməsi üçün yeni model…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here