Tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub.
Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bu gün universitetin qarşısında yaranmış izdihamla bağlı açıqlamasında deyib.
“Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki, mümkün deyil. Amma hər bir tədris korpusunda və fakültələrdə tələbələrin peyvənd pasportunun olub olmaması fərdi qaydada yoxlanılır. Sosial məsafənin gözlənilməsinə riayət edilir”.