27 Sentyabr-Anım günü. Xalqımız 27 sentyabr – Milli anım gününü qeyd edəcək. Nə qədər inanmaq çətin olsa da artıq 44 günlük Şanlı müharibəmizin üstündən bir il ötüb. Sözsüz ki, həmin 44 günün hər anı Azərbaycan xalqının yaddaşına silinməz mürəkkəblə həkk olunub. Bəlkə də buna görə həmin tarixdən bir il ötdüyünə inanmaq çətindir.
Azərbaycan Respublikası Şəhid Ailələrinə yYardım və Hüquqlarının Müdafiəsi üzvü olaraq 27 sentyabr-İkinci Qarabağ müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar ikinci Qarabağ müharibəsi şəhidi Quba rayonun Səbətlər kənd sakini Şəhid Tamerlan Cavad oğlu Səfərovun və Şəhid Tahir İdris oğlu Talıbovun xatirəsinə ehtiramımı bildirmək üçün valideynlərinin evlərini eləcədə məzarlarını ziyarət etdim Şəhidlərmizin əziz xatirəsi hər zaman qəlbimizdədir və onların xatirəsi heç zaman unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin ruhları şad məkanları cənnət olsun!


