Home Qarabağ Ordumuza hücum əmri bu an verilmişdi

Ordumuza hücum əmri bu an verilmişdi

224
0

27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı məhz bu anda başlamışdı.

Sosialxəbər.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri iyulda Tovuz təxribatına əl atmış, avqustda isə Azərbaycana diversiya qrupu göndərmişdi. Hər iki cəhdin qarşısı qəti şəkildə alınsa da, Ermənistan rəhbərliyi “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ilə Azərbaycana qarşı növbəti işğal planlarını açıq müstəviyə keçirmişdi və bu “ideyanı” təxribatlarla davam etdirmək niyyətlərindən əl çəkmirdilər.

Nəhayət, 27 sentyabra keçən gecə Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan atəşkəsi pozması və irimiqyaslı təxribatının qarşısını almaq və 30 illik işğala tamamilə son qoymaq üçün Azərbaycanın Ali Baş Komandanı səhər 06:00-da əks-hücum əmri verdi.

Bu saatdan başlayaraq, Ordumuz bütün cəbhə boyu hücuma keçdi və sonradan “Dəmir yumruq əməliyyatı” adlanacaq Vətən müharibəsi başladı.

Yada salaq ki, ermənilərin 30 ildir möhkəmləndikləri dördqat müdafiə xəttini bir neçə dəqiqəyə yaran Azərbaycan Ordusu əməliyyatın ilk həmləsindəcə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd OSA zenit-raket kompleksini məhv etmiş, səhər açılana qədər artıq bir neçə kəndi azad etmiş, strateji yüksəklikləri ələ keçirmişdi.

44 günlük savaş ərzində Azərbaycan Ordusu hətta manevr etmək üçün bircə dəfə də olsun bir addım geri çəkilmədi, 10 noyabr tarixinə qədər yalnız irəli getdi və 30 illik işğala son qoydu…

Previous articleİctimai Şura və Ekspert qrupu üzvlərinin birgə fəaliyyəti müzakirə olunub
Next articleKanadada 148 illik kilsəni məscidə çevirdilər

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here