Home Qarabağ Bakının belə sürətli qələbəsini gözləmirdim

Bakının belə sürətli qələbəsini gözləmirdim

55
0

Bakının belə sürətli qələbəsini gözləmirdim.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a rusiyalı mütəxəssis, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Leonid Krutakov 44 günlük müharibənin başlamasının birinci ildönümü ilə bağlı danışarkən deyib.

Ekspert müharibənin başladığından media vasitəsilə xəbər tutduğunu bildirib:

“İrəvanda hakimiyyət dəyişikliyindən və Paşinyanın Putinin Köçəryanla bağlı xahişinə açıq şəkildə məhəl qoymamasından sonra Ermənistanın Moskvanın birbaşa və qeyd-şərtsiz dəstəyini itirdiyi aydın idi. Tarazlıq vəziyyəti pozuldu və maraqlı tərəflərin Qarabağ məsələsini yenidən gündəmə qaytaracağı gözlənilirdi. İlham Əliyev mövcud vəziyyətdən mükəmməl şəkildə istifadə etdi: Moskvanın məsələdən uzaqlaşdırılmasına və Ankaranın dəstəyinə nail oldu. Bakının belə sürətli qələbəsini gözləmirdim. Bu, erməni ordusunun mənəvi və hərbi tənəzzülünün, Ermənistanın yeni rəhbərliyində siyasi iradənin olmamasının sübutu idi”, – deyə mütəxəssis bildirib.

Previous articleTəzə Pir məscidində şəhidlərimizin ruhuna dualar oxunur – CANLI YAYIM
Next articleBu yollar bağlıdır – Diqqətli olun!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here