Home Şou-biznes Sevinclərini belə bölüşdülər

Sevinclərini belə bölüşdülər

379
0

Operativ Qərargahın ötən gün yaydığı məlumata görə, oktyabrın 1-dən teatrların fəaliyyəti bərpa olunur.

Sosialxəbər.az xəbər verir ki, sənət adamları bununla bağlı paylaşım edərək, sevinclərini bölüşüblər.

Xalq artisti Firəngiz Mütəllimova “Əziz teatrsevərlər və həmkarlarım, hamımıza ilk növbədə cansağlığı arzu edirəm. İnşallah, hər şey ürəyimizcə olar. Uğur bizdən əl çəkməsin. Uzun ayrılıqdan sonra teatrların açılması sevincini sizinlə bölüşmək istədim” deyə, bildirib.

Əməkdar artist Sənubər İsgəndərli paylaşımında “Əziz teatrsevərlər, sizinlə yenidən görüşmək ümidi ilə” sözlərini yazıb.

Əməkdar artist Anar Heybətov isə “Bütün teatr tamaşaçılarını təbrik edirəm. Özümüzə isə uğurlar” deyə, qeyd edib.

Əməkdar artist Mehriban Xanlarova da sevincini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. “Nəhayət, karantin qaydalarının yumşaldılması nəticəsində növbə teatrlara da gəlib çatdı. Artıq oktyabr ayının 2-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və digər bütün teatrların qapıları sevənlərinin üzünə açıq olacaq. Səhnəmizin pərdələri teatr xadimlərinin və teatr sevənlərin gəlişi ilə açılacaq” deyə, aktrisa əlavə edib.

Qeyd edək ki, Oktyabrın 1-dən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti bərpa edilir. Bu barədə Operativ Qərargahın yaydığı məlumatda bildirilir.

Previous articleHəmsədrlərdən Bayramov-Mirzoyan görüşü barədə: Sülh…
Next articleSosial yardım alanların nəzərinə!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here