Home Qarabağ Qaradağ rayonu Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin şöbə sədri...

Qaradağ rayonu Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin şöbə sədri Mustafayeva Elnarə Şəhid ailəsi Azər Baxşiyevin ailəsini ziyarət etdi

166
0

Qaradağ rayonu Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin şöbə sədri Mustafayeva Elnarə
Şəhid ailəsi Azər Baxşiyevin ailəsini ziyarət etdi.

25 sentiyabr Qaradağ rayonu Şəhid Ailələrinə Yardım ve Hüquqlarının Müdafiəsi İctimai Birliyi Lökbatan qəsəbəsində yaşayan Şəhid Azər Baxşiyevin ailəsini ziyarət etdi. Şəhidimizin anası Təhminə Baxşiyeva və əmisinin adını daşıyan Azər Baxşiyevlə həm söhbət olduq və şəhidimizin xatirəsini və həyatını bölüşdük.
Azər Baxşiyev Tofiq oğlu 1973 – cü ildə Lökbatan qəsəbəsində dünyaya göz açmışdır və ilk təhsilini 233 saylı tam orta məktəbi bitirdikdən sonra o Lökbatan qəsəbəsindəki 59 saylı peşə məktəbini bitirib suvaqçılıq peşəsinə nail olmuşdur. Sonralar Türkmənistanda Hərbi xidməti zamanı Azər Baxşiyev hərbi xidmətini başa vurmamış bir başa Bakıya gəlmiş ordanda 1991 – ci ildə İyunun 30 – da könüllü olaraq Qarabağa gəlmiş və Milli Orduya yazılmışdır. Hadrut rayonunun Məlikcan və Xirnamçıq kəndləri tərəfindən, Fizulinin Cuvarlı kəndi atəşə tutuldu.
Azər Baxşiyev 1992 – ci il may ayının 6 da Daşaltı əməliyyatında gedən ağır döyüşlər zamanı 4 Azərbaycanlı o cümlədən də Azər Baxşiyev həlak olmuşdur. May ayının 7 də Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Hal hazırda Lökbatan qəsəbəsindəki 2- ci massiv 5 -ci keçid Azər Baxşiyevin adını daşıyır.
Allah Bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları Cənnət Ruhları Şad Olsun.
Allah Ailəsinə Səbr Versin.

Previous articleRəfail Becanov: “Rusiya sülhməramlılara separatçılıq təcrübəsi olanları komandan təyin edir”
Next articleİctimai Şura və Ekspert qrupu üzvlərinin birgə fəaliyyəti müzakirə olunub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here