Home Qarabağ Prezident müharibə dövründən danışdı: Hər gün plan qururduq

Prezident müharibə dövründən danışdı: Hər gün plan qururduq

79
0

Bilirəm ki, Ermənistan tərəfinin mümkün müharibə ilə bağlı öz fəaliyyət planı var idi. Mahiyyət etibarı ilə Ermənistan 2020-ci il sentyabrın 27-də bu planın icracına başladı.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində “Dəmir yumruq” əks-hücum əməliyyatını şərh edərkən bildirib.

“Şübhəsiz ki, müharibə dövrü üçün fəaliyyətimizin əsası bu tarixdən xeyli əvvəl işlənib hazırlanmışdı, amma hərbi əməliyyatın gedişi zamanı ona müəyyən dəyişikliklər edirdik”, – Prezident deyib.

2020-ci il sentyabrın 27-si hadisələri ilə bağlı danışarkən ölkə başçısı hər gün Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə müşavirələr keçirdiyini bildirib:

“Bu müşavirələr zamanı ötən günə yekun vurur, çatışmazlıqları aşkar edir, həmçinin növbəti gün üçün planlar qurur və onları təsdiq edirdik. Bu səbəbdən, çox fəal gündəlik iş aparılırdı və bir çox hallarda, – hərbi əməliyyatların gedişi indi bəllidir, – bizim hərəkətlərimiz və əməliyyatlarımız düşmən üçün gözlənilməz olurdu”.

Azərbaycan Prezidenti əks-hücum əməliyyatına “Dəmir yumruq” adının verilməsi ilə bağlı da danışıb: “Təbii ki, hərbi əməliyyatların əvvəlində heç bir ad yox idi. “Dəmir yumruq” terminini mən Azərbaycan xalqına şəhərlərin və kəndlərin azad edilməsi barədə məlumat çatdırdığım müraciətlərimdə bir neçə dəfə “dəmir yumruq” terminindən istifadə etmişdim. Mən bir neçə dəfə demişdim ki, əgər düşmən torpaqlarımızı öz xoşu ilə tərk etməsə dəmir yumruqla başı əziləcək. Bu, ictimaiyyət tərəfindən müsbət qarşılandığından qərara gəldim ki, əməliyyatı “Dəmir yumruq” adlandırım. Lakin bu, dərhal yox, hərbi əməliyyatların müəyyən mərhələsində baş verdi”.

Previous articleBu şəxslərin axtarışına MN əməkdaşları cəlb olundu
Next articleMilli Qəhrəmana həsr olunan cizgi filmi təqdim edildi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here