Home Şou-biznes Musa Yaqubun qəbirüstü abidəsinin hazırlıqlarına başlandı

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlıqlarına başlandı

341
0

Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Xalq şairinin qızı Yaqut Yaqubova məlumat verib.

Onun sözlərinə görə, qəbrin üzərində məzarüstü kompleks yaradılacaq: “Adətən, belə işlər ya mərhumun ad gününə, ya da ildönümünə hazır olur. Yəni vaxt aparan işdir. Amma hazırlıq işləri gedir. Atamın qəbrinin yanında anamın və əmimim qəbirləri də var. Onları birini ayrıca etmək olmaz. Üçünün də üstünü götürəcəklər. Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayır. Artıq ilkin variantda qaralama eskiz çəkilib və maket düzəldilib. Bizə göstərdilər, xoşumuza gəldi. Bəzi əlavələrimiz də olacaq. Atamın vəsiyyətinə uyğun olaraq məzarının yanına dəyirman daşı qoyulmalıdır. Oktyabrın əvvəlindən işlər tam başlayacaq”.

Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq şairinin qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.

Previous articleİrəvan onları bizə qarşı istifadə edirdi – Prezident
Next articleBu şəxslərin axtarışına MN əməkdaşları cəlb olundu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here