Home Hərbi Milli Qəhrəmana həsr olunan cizgi filmi təqdim edildi

Milli Qəhrəmana həsr olunan cizgi filmi təqdim edildi

1357
0

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “Hədəf” Nəşrlər Evi, “Nəfəs” İB ilə birlikdə Azərbaycanın Milli wQəhrəmanı Mübariz İbrahimova həsr olunmuş uşaqlar üçün cizgi roman və filminin onlayn təqdimatı keçirilib.

Sosialxəbər.az xəbər verir ki, onlayn təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Mübariz İbrahimovun müharibədə göstərdiyi qızıl ləyaqət, yaradıcı insanların qəhrəmanın həyat və döyüş yoluna çoxsaylı müraciəti haqqında danışıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 2010-cu ildə, 22 yaşında şəhid olmuş Milli Qəhrəmanın döyüş yolunun minlərlə Vətən oğlu tərəfindən davam etdirildiyini bildirib:

“Qürurla vurğulamaq istərdim ki, 2016-cı ilin Aprel, 2020-ci ilin 44 günlük Vətən müharibəsində döyüşlərə atılan gənclərimizin bir çoxu Mübarizi özünə örnək alıb, onun şərəfli döyüş yolunu, qəhrəmanlığını davam etdirməkçün irəli gedib. Bu tədbirin 27 sentyabr ərəfəsində keçirilməsi də çox anlamlıdır. Çünki 27 sentyabr bütün dövrlərdəki şəhidlərimizi anma günümüzdü.

Qəhrəmanlarımızın obrazının sənət əsərlərində canlandırılması, əlbəttə, çox önəmlidir. Özəlliklə uşaqlarçün hazırlanan kitablar, cizgi filmlərinin təsirli olduğunu düşünürəm. Belə yaradıcılıq örnəkləri uşaqlarımızın şüuruna, vətəncanlı övladlar kimi böyüməsinə təsirsiz ötüşmür, onlarda milli qürur hissini gücləndirir.

Milli Qəhrəmanımız haqqında ilk musiqili kompozisiyanın və klipin mətninin müəllifi kimi deyə bilərəm ki, tamaşaçı, dinləyici və oxucular, ümumən ictimai fikir şəhidlərimizlə bağlı əsərlərə çox diqqətli və həssasdır.

Mən cizgi romanın və film ssenarisinin müəllifi Şəmil Sadiq qardaşımıza, əsərin rəssamı Vasif Səttarova çox təşəkkür edirəm. Ümumən bu işdə əməyi keçən hər kəsi alqışlayıram. Var olun!”

Sonra cizgi filmindən fraqment nümayiş olunub.

“Hədəf” Nəşrləri MMC-nin qurucusu, kitabın və film ssenarisinin müəllifi Şəmil Sadiq cizgi roman ideyasının yaranması, kitabın və filmin məzmunu haqda geniş məlumat verib.

Daha sonra Regional və Hüquqi Maarifləndirmə İB sədri Arzu Bağırova, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, ADPU Quba filialının direktoru Yusif Ali Afşar, Biləsuvar Dövlət Rəsm Qalareyasının direktoru Rövşən Cənnətov, Biləsuvar şəhərindəki Mübariz İbrahimov adına liseyin direktoru Bəhruz Mehdiyev çıxış edib.

Previous articlePrezident müharibə dövründən danışdı: Hər gün plan qururduq
Next articleQarabağ Dirçəliş Fondu QHT nümayəndələri ilə görüşüb – FOTOLAR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here