Home QHT Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyin yığıncağı olmuşdur

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyin yığıncağı olmuşdur

289
0


Sosialxəbər.az bildirir ki, Bu gün Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyinin yığıncağı olmuşdur.
Əsas məqsəd 44 günlük müharibənin qiymətləndirilməsi ilə yanaşı rayon Təşkilatlarının hesabatı və yeni üzvlərin qəbulu idi.
İclası Təşklatın sədri Rövşən Ağamalıyev açaraq şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.


Sonra 44 günlük müharibənin qiymətləndirilməsi haqda öz fikirlərini bildirdi.

Təşklatın idarə heyyətin üzvü, eyni zamanda Nəzarət Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimovda 44 günlük müharibə haqqında öz fikirlərini bildirdi.Bundan sonra rayon sədrləri Qaradağ rayon sədri Mustafayeva Elnarə, Zəngilan rayon Təşkilatının sədri Həmzəyev Cavid, və Binəqədi rayon təşklatının sədri Hüseyinov Nağı gördükləri işlərlə bağlı hesabat verdilər, təbii ki, həm 1-ci həmdə 2_ci Qarabağ müharibəsində şəhid olmuş insanlarımıza göstərdikləri mənəvi və psixoloji dəstəklərdən danışmaqla yanaşı bir neçə problemlərlə qarşılaşdıqlarınıda dilə gətirdilər. Sonra sədr Rövşən Ağamalıyev çıxış edərək qeyd etdi ki, hər gün Niyaməddin müəllimlə birgə məsləhətləşmələr apararaq problemlərin necə həll edilməsini müzakirə edirik. Qərara alındı ki ayda bir dəfə olaraq rayon sədrləri ilə görüşək.Sonda yeni üzvlərə, Abbasov Aydın, Əzizov Anar və İsmiyeva Şəlaləyə üzvlük vəsiqələri təqdim edildi, onlara işlərində uğurlar arzuladılar, onlarda öz növbələrində Təşklatın və Şəhidlərin adını uca tutacaq və şərəflə xidmət edəcəklər.

Previous articleAzad edilən ərazilərdə 16 min mina aşkarlandı – MN
Next articleKamran Əliyev Qazaxıstana getdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here